LetCode Academy müasir texnologiya dünyasında karyera qurmaq istəyən tələbələr və mütəxəssislər üçün yaradılıb. Akademiya müxtəlif istiqamətlərdə – Backend və Frontend proqramlaşdırma, Mobil tətbiqetmə, IT Biznes Analitika, QA Automation, QA Manual, Sistem Dizaynı, Data Science və Data Analytics sahələrində təlimlər təqdim edir. Məqsədimiz tələbələrin real iş bazarının tələblərinə cavab verən bilik və bacarıqlarla təchiz olunmasıdır.
Dərslərimiz həm nəzəri, həm də praktiki hissələri birləşdirir. Real layihələr üzərində işləməklə tələbələr öyrəndiklərini tətbiq etmək, komandada işləmə və problemlərin həllinə yanaşma bacarığı qazanırlar. Hər tələbəyə mentor dəstəyi təqdim olunur ki, bu da onların öyrənmə prosesini daha səmərəli edir.
LetCode Academy-də tədris edən müəllimlər tanınmış şirkətlərdə çalışan peşəkar mütəxəssislərdir. Onların bilik və təcrübəsi tələbələrin həm texniki, həm də peşəkar inkişafına töhfə verir. Akademiyamızın əsas missiyası – öyrənənləri karyeraya hazır, yüksək ixtisaslı mütəxəssislərə çevirməkdir.
Mentorlarımız əlavə dərslər vasitəsilə dərs vaxtından kənarda da səninlə birlikdədir. Onların dəstəyi ilə biliklərini daha da möhkəmləndirə və suallarına dərhal cavab tapa bilərsən.
Biz yalnız tədrislə kifayətlənmirik. CV-nin hazırlanması, HR müsahibələrinə hazırlıq və aktual iş imkanları sayəsində karyera yolunda səni addım-addım dəstəkləyirik.
Təlimi uğurla başa vurduqdan sonra əldə edəcəyin dərəcəli diplom sənin əzm və nailiyyətlərinin rəsmi sübutu olacaq. Bu sənəd karyera yolunda sənə mühüm üstünlüklər təmin edəcək.
Sınaq dərsində görüşək!
Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç!
LetCode Academy müasir texnologiya dünyasında karyera qurmaq istəyən tələbələr və mütəxəssislər üçün yaradılıb. Məqsədimiz tələbələrin real iş bazarının tələblərinə cavab verən bilik və bacarıqlarla təchiz olunmasıdır.
54 Bülbül Prospekti, Bakı
+994 55 969 75 55
info@letcode.az
Copyright 2025,LetCode Academy. Bütün hüquqlar qorunur.