C# Backend Proqramlaşdırma

C# Backend Proqramlaşdırma proqramı tələbələri sıfırdan başlayaraq peşəkar backend developer səviyyəsinə qədər hazırlamağı hədəfləyir. Tədris proqramı C# proqramlaşdırma dilinin fundamental anlayışlarından başlayaraq obyekt yönlü proqramlaşdırma (OOP), verilənlər bazaları, SQL, ASP.NET Core Web API, Entity Framework Core və müasir backend arxitekturalarını əhatə edir. Kurs müddətində tələbələr REST API-lər hazırlamağı, verilənlər bazası ilə effektiv işləməyi, təhlükəsiz və performanslı server tərəfli tətbiqlər qurmağı öyrənirlər. Dərslər nəzəri biliklərlə yanaşı real layihələr üzərində praktiki məşğələlər formasında keçirilir. Tələbələr CRUD əməliyyatları olan Web API-lər, autentifikasiya və avtorizasiya sistemləri, JWT əsaslı təhlükəsizlik mexanizmləri, MVC əsaslı veb tətbiqlər və real biznes lojiqasına uyğun backend sistemləri hazırlayırlar. Kursun sonunda iştirakçılar ASP.NET Core ilə tam funksional backend layihəsi hazırlayıb GitHub üzərindən paylaşa, real layihə təcrübəsi ilə portfolio formalaşdıra və C# backend developer kimi iş həyatına hazır vəziyyətə gələrlər. Bu proqram backend proqramlaşdırma sahəsində uzunmüddətli və stabil karyera qurmaq istəyənlər üçün güclü texniki baza yaradır.

Peşəkar məzunlarımızdan biri də sən ola bilərsən!

Hüseyn Əliyev

Software developer at R.I.S.K.Company

Təlimin müddəti:

7 ay

Təlimin formatı:

Offline və Online

Sınaq dərsində görüşək! it kurslar bakida

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç!

LetCode Academy müasir texnologiya dünyasında karyera qurmaq istəyən tələbələr və mütəxəssislər üçün yaradılıb. Məqsədimiz tələbələrin real iş bazarının tələblərinə cavab verən bilik və bacarıqlarla təchiz olunmasıdır.

Əlaqə vasitələri

56a Bülbül Prospekti, Bakı

+994 55 969 75 55

info@letcode.az

Copyright 2025,LetCode Academy. Bütün hüquqlar qorunur.

Site by