Mentorlarımız əlavə dərslər vasitəsilə dərs vaxtından kənarda da səninlə birlikdədir. Onların dəstəyi ilə biliklərini daha da möhkəmləndirə və suallarına dərhal cavab tapa bilərsən.
Biz yalnız tədrislə kifayətlənmirik. CV-nin hazırlanması, HR müsahibələrinə hazırlıq və aktual iş imkanları sayəsində karyera yolunda səni addım-addım dəstəkləyirik.
Təlimi uğurla başa vurduqdan sonra əldə edəcəyin dərəcəli diplom sənin əzm və nailiyyətlərinin rəsmi sübutu olacaq. Bu sənəd karyera yolunda sənə mühüm üstünlüklər təmin edəcək.
Kurslarımız həm tam yeni başlayanlar, həm də öz biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub. Yaş, ixtisas və əvvəlki təcrübə məhdudiyyəti yoxdur. Səviyyəyə uyğun qruplar formalaşdırılır.
Bəli. Kursların əksəriyyəti sıfırdan başlayır. Əsas anlayışlar addım-addım izah olunur və praktiki tapşırıqlarla möhkəmləndirilir.
Dərslər offline və ya hibrid (online + offline) formatda keçirilir. Format kursdan və qrupdan asılı olaraq dəyişə bilər.
Adətən dərslər həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçirilir. Bundan əlavə mentorla praktiki məşğələlər də mövcuddur.
Bəli. Uşaqlar üçün Scratch proqramlaşdırma və İT əsasları kurslarımız mövcuddur. Bu kurslar məntiqi düşüncə, yaradıcılıq və texnologiyaya marağı artırmaq üçün nəzərdə tutulub.
Sınaq dərsində görüşək!
Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç!
LetCode Academy müasir texnologiya dünyasında karyera qurmaq istəyən tələbələr və mütəxəssislər üçün yaradılıb. Məqsədimiz tələbələrin real iş bazarının tələblərinə cavab verən bilik və bacarıqlarla təchiz olunmasıdır.
54 Bülbül Prospekti, Bakı
+994 55 969 75 55
info@letcode.az
Copyright 2025,LetCode Academy. BĂĽtĂĽn hĂĽquqlar qorunur.